Sual: Mən bir vaxtlar fəhlə kimi illegal yollarla xaricə getmişdim. Yenə getmək istəyirəm. Əvvəllər oralarda uzun müddət işləyib pul qazandım. Bu cür qazandığım pul halaldır, yoxsa haram?
Cavab: Allaha üsyan olmayan məsələlərdə idarəçilərin müəyyən etdikləri qanunlara tabe olmağınız lazımdır. Başqa sözlə desək, xaricə qeyri-qanuni yolla getməyiniz dini cəhətdən düzgün deyil. İşinizi normal yollarla həll etməyə çalışın. Amma deyək ki, orada qazandığınız pul sırf bu səbəbə görə sizə haram olmaz. Əgər o pulu qanuni və dinə müvafiq bir işdə işləməklə qazanmısınızsa, problem yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.