Müsəlmanlar
Qonşu ilə küsülü qalmaq düzgündür?

Qonşu ilə küsülü qalmaq düzgündür?

Sual: Biz qonşumuzla çox mehriban idik. Bir gün boş yerə mənim və bacımın xətrinə dəydi. Mən o gün heç bir şey demədim. O da heç bir şey olmayıbmış kimi rəftar etdi. Bu dəfə də mən dözə bilmədim. Mən də onun xətrinə dəydim. Amma küsüşmədik. Yəni, indi bir-birimizi danışdırırıq. Mən onun xətrinə dəydikdən sonra çox peşman oldum. Təbii ki, ona peşman olduğumu demək istədim amma imkan tapa bilmədim. Ancaq indi onu sevmirəm. Artıq evinə də getmirəm. Bu günahdır?

Cavab: Əgər nahaq yerə qonşunuzun qəlbinə dəydiyinizi fikirləşirsinizsə, bunu bir yolunu tapıb ona deməli və halallıq almalısınız. Sonra onun evinə getməyə məcbur deyilsiniz. Bir-birinizlə rastlaşdığınız vaxt salamlaşın və əlinizdən gəldiyi qədər yaxşılıq etməyə çalışın.