Müsəlmanlar
Şadlıq sarayı işlətmək dini cəhətdən düzgündür?

Şadlıq sarayı işlətmək dini cəhətdən düzgündür?

Sual: Mən şadlıq sarayı işlədirəm. Bizim şadlıq sarayımızda qonaqlara tort və meyvə şirələri verilir. Toylarda qadın və kişilər eyni yerdə rəqs edir. Bu şadlıq sarayını işlədən şəxs kimi, yəni, bir növ inzibatçı olaraq mənim qazancım halaldır, yoxsa haram?

Cavab: Müsəlman qadın və kişilərin eyni yerdə rəqs etməyi düzgün deyil. Bu barədə daha ətraflı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/toy

Siz bir müsəlman kimi buna imkan verməyən bir şərait hazırlamalısınız. Lakin pulu şadlıq sarayını kirayələməyin müqabilində aldığınız üçün haram deyil.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.