Sual: Atam öldü. Anam, mən (oğul), iki bacım və bir qardaşım qaldıq. Atamdan qalan iki ev və mağazadan ibarət olan mirası öz aramızda tamamilə halal yolla necə bölüşdürə bilərik? Əgər bacılarım evdən miras almaq istəməyib pul istəsələr, o halda biz də evləri satmaq istəməsək, bu məsələdə nə cür bir yol tutmalıyıq?
Miras qoyub gedən adam özündən sonra arvadı, iki oğul və iki qızını qoyub vəfat edib. Buna əsasən miras 48 hissəyə bölünməlidir. 6 hissə (tərəkənin səkkizdə biri) mirası qoyub gedənin arvadına verilməlidir. Qızlarının hər biri 7 (ümumilikdə 14) hissə, oğlan uşaqlarından hər biri isə 14 (ümumilikdə 28 pay) hissə almalıdırlar: 6+7+7+14+14=48.
Varislərin hər birinin haqqı evdə yaşamaq istəyənlər tərəfindən istər mağazadakı haqlarından və yaxud sualda da qeyd edildiyi kimi, evin ümumi dəyəri hesablanaraq (evdə yaşamaq istəyən varislər tərəfindən) pul formasında ödənə bilər.