Müsəlmanlar
Həzrəti Musa Məryəm ananın qardaşı və İsa peyğəmbərin dayısı idi?

Həzrəti Musa Məryəm ananın qardaşı və İsa peyğəmbərin dayısı idi?

Sual: Bizim müəllimimiz məsciddə dərsdə dedi ki, həzrəti Musa həzrəti Məryəmin qardaşı idi və buna görə də həzrəti İsanın dost-doğma dayısı olub. Bu düzdür?

Cavab: Qurani-Kərimdə haqqında danışılan Musa peyğəmbərlə Məryəm anamız və onun oğlu İsa peyğəmbərin arasında çox vaxt var. Tarix baxımından Məryəm anamızla Musa və Harun peyğəmbərin bacı-qardaş olmağı mümkün deyil. Bunu yəhudi və xristianlar da bu cür qəbul edirlər. Amma əsl mübahisəli məsələ Məryəm surəsinin 28-ci ayəsidir. Allah həmin ayədə Məryəm anamıza: “Ey Harunun bacıs!”, – deyə müraciət olunduğunu bildirir.

“Bəzi alimlərin fikrinə əsasən bu ayədə adı çəkilən Harun Məryəmin həqiqi, yəni, dost-doğma qardaşıdır. Ata-anası kimi, o da həyalı, namuslu və saleh bir kəs idi. Buna görə də məsələnin məğzini bilməyənlər belə bir insanın bacısı olan Məryəmə zina etməyi əsla yaraşdıra bilmədiklərini ifadə etmək istəyiblər.

Peyğəmbərimizdən (s. a. v.) nəql olunan bir hədisdə də bildirilib ki, İsrail oğulları arasında uşaqlara əvvəlki peyğəmbərlərin və əməlisaleh kəslərin adlarını qoymaq adət-ənənəsi olduğuna görə Məryəmin qardaşına da Harun adı qoyulub. ((Əhməd İbn Hənbəl, 4/252.))

Buna yaxın bir fikir isə belədir: Məryəm peyğəmbər olan Harunun nəslindən gəlib. Ona bu münasibətlə bu cür müraciət olunub”. ((Fəxrəddin Razi və Muhəmməd Əsəddən nəql etməklə Hayreddin Karaman və başqaları, Kuran Yolu Türkçe Meal ve Tefsir, Diyanet İşleri Başkanlığı Yayınları, Ankara, 2007, 3-cü cild, s. 597.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.