Sual: Mənim bir az qarışıq bir sualım var: Ayşə xanımın Əli və Osman adında 2 uşağı var. Fatma xanımın da Mamed və Nazlı adlı 2 uşağı var. Ayşə xanım öz oğlu Osman və Fatma xanımın oğlu Mamedə süd verir. Fatma xanım da oğlu Mamedlə Ayşə xanımın oğlu Osmanı əmizdirir. Belə olan halda, Əli ilə Nazlı süd qardaş-bacısı olurlar? Onlar evlənə bilərlər?
Cavab: Ayşə xanımdan süd əmən Mamed Ayşə xanımın süd oğludur. Fatma xanımdan süd əmən Osman isə Fatma xanımın süd oğludur. Bu halda Osman və Nazlı süd qardaş-bacısıdırlar. Ona görə də evlənə bilməzlər. Amma Əli ilə Nazlı süd qardaş-bacısı olmadıqlarına görə evlənə bilərlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.