Müsəlmanlar

Qadın Quran oxuduğu vaxt başını örtməlidir?

Sual: Qadınlar Quran oxuduqları vaxt başlarını mütləq örtməlidirlərmi? Məgər Quranı başı açıq oxumaq olmaz?

Cavab: Müsəlman bir qadın özünə dini cəhətdən yad olan kişilərin yanında başını örtməlidir. Qadınların arasında və yaxud evdə atasının, qardaşlarının, əmi və dayılarının, eləcə də qayınatasının yanında başını örtmək məcburiyyəti yoxdur. Quran oxuduğu vaxt da başı açıq ola bilər.

Allah Nur surəsinin 31-ci ayəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”. ((Nur, 24/31.))

Qurani-Kərimin özündə Quran oxuduqda nə etmək lazım olduğuna dair belə deyilir:

“Quran oxuyacağın zaman daşlanaraq qovulmuş şeytandan Allaha sığın”. ((Nəhl, 16/98.))

Bunun xaricində hər hansı bir buyuruq yoxdur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.