Sual: Bəzi banklar %0 faizlə, faizsiz kredit və sairə kimi kampaniyalar təşkil edir. Burada söhbət faizsiz kreditdən gedir amma yenə də “faiz” sözündən istifadə olunur. Belə bir əməliyyat və yaxud bu cür kredit götürmək haramdır?
Kredit faizli borc deməkdir. Heç bir bank faizsiz borc verməz. Qovluq xərci adı altında olsa da, verdikləri borcdan gəlir götürməyə üstünlük verirlər. Bu gün 100 manat verib sonra 101 manat almaq faizdir. Bankların “komissiya haqqı”, “qovluq xərci” və “filan xərc” adı ilə aldıqları pul da faizdir. Bu kimi şeylər insanları aldatmaqdan başqa bir şey deyil. Ona görə də ehtiyatlı olmalısınız.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
Banka qoyulan pulun inflyasiya nisbətindəki faizini almaq olarmı?
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.