Sual: Deyirlər ki, hər namazdan sonra 2 rükət əlavə namaz qılmaq lazımdır. Buna şükür namazı deyənlər də var. Xüftən namazından sonra qılınan namaza “qəbir-nur” namazı deyirlər. Guya o namaz insan öldükdən sonra onun qəbrini işıqlandıracaq. Bu sözlər düzdür?
Cavab: Qəbir namazı və ya nur namazı deyilən bir şey yoxdur. İbadətlər nəss ilə, yəni, Quran ayələri və peyğəmbərimizin (s. a. v.) həyata keçirdiyi şeylərlə sabitlik kəsb edir. Allahın istəmədiyi və peyğəmbərin məsləhət görmədiyi xurafat və mövhumata etibar etmək olmaz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.