Müsəlmanlar

Feyz nə deməkdir? Şeyxlər feyz paylaya bilərlər?

Sual: Feyzin mənası nədir? Son zamanlarda bu sözü tez-tez eşidirik. Bir də deyirlər ki, şeyxlər feyz paylayırlar. Bu necə baş verir?

Feyz Qurani-Kərim və Sünnə ilə heç bir əlaqəsi olmayan, sonradan uydurulmuş bir təsəvvüf  (sufizm) terminidir. Sufilərin fikrinə əsasən Haqq-dan gələn bilik əqli-əvvəl deyilən Muhəmmədin vasitəsilə övliyalara, onların vasitəsilə də insanlara çatdırılır; ona görə də müridlərin ((Mürid Ərəb sözüdür. Burada nəzərdə tutulan mənası belədir: Təsəvvüfdə mürşidə tabe olan insan.)) feyzin mənbəyi mürşidlərdir. Mürşidin birbaşa əqli-əvvəl vasitəsilə Haqq-dan əxz etdiyi feyzə “ilahi feyz”, silsilə vasitəsilə aldığı feyzə isə “isnadi feyz” deyirlər.

Burada nəzərdə tutulan Muhəmməd, peyğəmbərimiz Muhəmməd (s. a. v.) deyil, ilahlaşdırılmış-tanrılaşdırılmış xəyali bir varlıqdır. Xristianlar ona İsa, taoistlər isə Te deyirlər. Onun hər bir mədəniyyətdə ayrı bir adı var.

Aşağıdakı keçiddə bu kimi məsələlərlə əlaqədar bir yazı var:

http://www.muselmanlar.com/arasdirmalar/532.html

Feyz nəzəriyyəsi mənbəyi baxımından İslama məxsus deyil. İslamda belə şey yoxdur. Həqiqətən də, bu nəzəriyyə Neoplatonizmin qurucusu olan Plotin-in ((İslam dünyasında bəzi dövrlərdə Plotinos-a “Yunan şeyxi” demişlər.)) Enneadlar-ında mövcud olduğuna görə, Farabi, İxvani-Səfa və İbn Sina fəlsəfələrində təsadüf edilən südur nəzəriyyəsini yada saldığı üçün və əslində İslami olmayıb fəlsəfi mənbələrə əsaslandığına görə tənqid edilib.

Sualınızla əlaqədar ətraflı məlumat əldə etmək üçün Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi-nin 12-ci cildindəki “Feyiz” bəndinə baxa bilərsiniz.