Sual: Toy necə keçirilməlidir ki, İslam dininə müvafiq olsun? Bizim toylarda kişilərlə qadınlar qarışıq oturur və çalğı (musiqi) çalınır. Bu cür toy keçirmək dinə uyğundur?
Cavab: Toy edərkən dinimizin qəti surətdə qadağan etdiyi şeylərdən uzaq durmaq və bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bunlar toyda bir-birinə haram olan qadın və kişilərin birlikdə milli qaydalara rəayət etmədən yad kişilərin qabağında oynamağı və qonşuların çalğılarla gecə yarısına qədər yüksək səslə narahat edilməsi kimi şeylərdir. Buna görə də toy keçirmək üçün qonum-qonşunu narahat olmayacağı bir yer seçmək ən uyğun yoldur. Toyda milli çalğılara yer verilməli və sərxoşedici içkilərdən uzaq durulmalıdır. Toylar bu və buna oxşar məsələləri nəzərə almaq şərtilə adət-ənənəyə əsasən keçirilməlidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.