Sual: Kim dini məsələlərə dair fitva verə bilər? Buna səlahiyyəti olanlar kimlərdir?
Cavab: Fitva dini və yaxud hüquqi bir məsələdə (məsələyə dair) fikir bildirmək deməkdir. Buna görə də dinin qaynaqları olan Qurani-Kərimi, həzrəti peyğəmbərin (s. a. v.) sözlərini, əshabələrin həmrəy olduğu məsələləri ümumi olaraq bilmək lazımdır. Fitva verilən məsələlərdə İslam alimlərinin fikirlərindən də istifadə etmək lazımdır. Bununla yanaşı, sualı soruşan şəxsin xüsusi vəziyyəti və onunla əlaqədar şərtlər də mühümdür. Yəni, bu faktorlar da nəzərə alınmalıdır. Nəticə etibarilə, fitva verən şəxs hadisələri şərh etmək qabiliyyətinə malik olmalıdır.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.