Sual: Bir kişi aralarında nikah olmadığı halda, bir qadınla tərs yoldan cinsi əlaqədə olub. Dində buna necə baxılır? İslam dini baxımından bu da zina hesab edilir?
Cavab: Allah müsəlman kişi və qadınlara əmr edib ki, namuslarını qorusunlar və baxışlarını yayındırsınlar. Yəni, harama baxmasınlar:
“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını (məhrəm yerlərini) qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”. ((Nur, 24/30-31.))
Allah Təala həm zinanı, həm də tərs yolla cinsi əlaqədə (anal seks) olmağı fahişəlik hesab etmiş və qadağan etmişdir. Bir Quran ayəsində belə deyilir:
“Biz Lutu da peyğəmbər göndərdik. O qövmünə belə dedi: “Siz dünyada əvvəllər heç kəsin etmədiyi bir fahişəlik növü ilə (çox iyrənc bir əməllə) məşğul olursunuz?”.
“Siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Şübhə yoxdur ki, siz hər cür həddi aşan azğın bir cəmiyyətsiniz”. ((Əraf 7/80-81.))
“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”. ((İsra, 17/32.))
Yuxarıdakı ayədən də məlum olduğu kimi, Allah: “Zina etməyin”, – deməyib. Əksinə, Allah: “Zinaya yaxınlaşmayın”, – deyə buyuruq verib. Yaxınlaşmamaq üçün aralarında kəbin olmayan bir qadınla kişinin bir-birlərindən uzaq durmaqları lazımdır.
Bi şəxsin öz arvadı ilə tərs cinsi əlaqədə olması haramdır. Bu iyrənc işi öz nikahında olmayan bir qadınla görmək isə iki ayrı haram əməli birdən həyata keçirmək deməkdir. Əlavə olaraq: “Zinaya yaxın durmayın” əmrinə zidd hərəkət etmək deməkdir.
Zinanın cəzası həqiqətən də, çox böyükdür. Quranda belə deyilir:
“Onlar Allahla bərabər başqa ilaha dua etməzlər. Haqlı bir səbəb olmadan Allahın toxunulmaz etdiyi cana qıyıb öldürməzlər, zina etməzlər. Kim bunları etsə, günaha batar. Qiyamət günündə onun əzabı qat-qat olur və orada etibarsız olaraq əbədi qalır”. ((Furqan, 25/68.))
Lakin əgər tövbə edilibsə və artıq düzgün əməllər yerinə yetirilirsə, Allah bu cəzanı bağışlayacaq. Yuxarıdakı ayə belə davam edir:
Amma tövbə edən, iman gətirən və saleh əməllər edən istisnadır. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayandır, mərhəmət edəndir”. ((Furqan, 25/69.))
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.