Sual: Ərdə olan bir qadın yad kişilərin olduğu bir yerdə oynasa, onun molla kəbini öz hökmünü itirib qüvvədən düşər?
Cavab: Qadınların yad kişilərin qabağında oynamağı kəbinin batil olmağına səbəb olmur. Bu, düzgün bir məlumat deyil. Lakin müsəlman bir qadının özünə dini cəhətdən yad olan kişilərin qabağında oynamağı əsla caiz deyil. Yəni, bu, qətiyyən düzgün deyil. Çünki Allah Təala: “Zina etməyin”, – deməyib. Allah: “Zinaya yaxın durmayın” (İsra, 17/32), – deyə buyurub. Məlumdur ki, bu kimi şeylər insanı zinaya yaxınlaşdırır. Əgər bir qadın yad kişilərin qabağında oynayıbsa, tövbə etməli və bir də belə bir iş görməməlidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.