Müsəlmanlar
Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır?

Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır?

Sual: Şirkə günahına batan bir insan tövbə etsə, Allah tərəfindən əfv edilir? Əgər tövbə etdiyi təqdirdə bağışlanırsa, buna Qurandan, hədislərdən və məzhəblərdən misal göstərmək olar? Allah Quranda bildirir ki, şirki əsla bağışlamayacaq. Əgər vəziyyət həqiqətən də, belədirsə, deməli, şirkə düşən bir nəfərin tövbə etmək şansı da yoxdur. Bunu necə izah etmək olar?

Cavab: Tövbə edildiyi təqdirdə bağışlanmayan günah yoxdur. Buna şirk, yəni, Allaha şərik qoşmaq günahı da daxildir. Allahın heç vaxt bağışlamadığı şirk günahı tövbə etmədən ölənlərin şirkidir:

“Allah Özünə şərik qoşulmağını əsla bağışlamaz. Onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, dərin bir zəlalətə düşər”. (Nisa, 4/116)

Bu ayə tövbə etməmiş ölənlər haqqındadır. Çünki aşağıdakı ayəyə əsasən şirk də daxil olmaqla tövbə edilən hər bir günah bağışlanacaq:

“De: “Ey özlərinin əleyhinə hədd-hüdud tanımayan (həddini aşmış) bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayar. Heç şübhə yoxdur ki, O, çox bağışlayan, çox mərhəmət edəndir”. (Zumər, 39/53)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.