Müsəlmanlar
Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir?

Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir?

Sual: Mitinq, tətil və nümayişlərdə əl çalmaq, devizlərlə çıxış etmək, şüar səsləndirmək və fit çalmaq kimi şeylərə dində necə baxılır? Belə hadisələrə əsasən siyasi fəaliyyət sahəsində rast gəlmək olur.

İslam dinində bunları qadağan edən bir şey yoxdur. Belə şeylərə yaxşı baxmayanlar aşağıdakı ayəni əsas tuturlar:

“Onların Kəbənin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyil”. ((Ənfal, 8/35.))

Kəbəni təvaf edən Məkkə müşrikləri ibadət hesab etdiklərinə görə fit və çəpik çalırdılar. Siyasi fəaliyyətlərdəki alqış və fıştırıq çalmaq bizim adət-ənənələrimizin cərgəsinə sonradan daxil olsa da, bu kimi şeylərin Məkkə müşriklərinin Kəbənin ətrafındakı ibadətlərinə oxşadığını demək qeyri-mümkündür. Başqa sözlə desək, bunların arasında bir əlaqə qurmaq olmaz.

Əgər mitinq və nümayişlərdə səsləndirilən şüarlar İslam dininə zidd bir şeyi əhatə etmirsə, bu məsələdə də bir problem yoxdur.