Müsəlmanlar

Hamiləlikdə cinsi əlaqə

Sual: Qadın hamilə olduğu vaxt sekslə məşğul olmaq olar? İslam dinində bunu qadağan edən hər hansı bir şey var?

Cavab: Dində hamiləlik vaxtı cinsi əlaqəni qadağan edən hər hansı bir hökm yoxdur. Lakin cinsi əlaqə aşağıdakı hallarda dini baxımdan qəti surətdə qadağandır:

– Qadınların aybaşı (menstruasiya, heyz) olduqları vaxt.

– Kişilər Həcc və ömrə üçün ehrama girdikləri vaxt.

Hamiləlik dövründə həkimlərin dedikləri şeylər daha çox əhəmiyyət kəsb edir. Məlumdur ki,  bu dövrün axırlarına qədər cinsi əlaqə olmaq qadına və qarnındakı uşağa zərər vermir. Bu halda, bir problem yoxdur. Amma hamiləliyin sonuncu mərhələlərində ana və uşaq üçün təhlükə yarana bilərsə, bundan uzaq durmaq lazımdır. Bu, dini cəhətdən də lazımlıdır.

Ümumiyyətlə, bu məsələləri həkimlərdən öyrənmək lazımdır. Qısaca desək, bununla bağlı olaraq həkimə müraciət etmək lazımdır.

İslam dinində belə bir prinsip var: “Nə zərər ver, nə də zərərə məruz qal”. ((İbn Macə, Əhkam, 17; Muvatta, Əqdiyyə, 31; Əhməd ibn Hənbəl, 5/327.)) Bu prinsipə əsasən hərəkət etmək lazımdır.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.