Müsəlmanlar
Uşağa Allahın adlarını qoymaq olar?

Uşağa Allahın adlarını qoymaq olar?

Sual: Uşaqlara Allahın adlarını qoymaq olar? Bu dini cəhətdən düzgündür? Əgər düzgündürsə, bu məsələdə nəyə diqqət yetirmək lazımdır?

Cavab: Uşağa Allah Təalanın adlarını qoyduqda adın əvvəlinə abd yəni, “qul, bəndə” sözünü əlavə etmək lazımdır. Məsələn, Abdullah, Abdurrahman, Abdulbaqi, Abdulaziz, Abdussaməd kimi. Bu adlardakı Rahman, Baki, Aziz Saməd adları Allahın adlarıdır. Həmin adların əvvəlinə abd sözü əlavə edildikdə “Rahman olan Allahın qulu”, “Aziz olan Allahın bəndəsi” mənaları daşıyır.

Muhəmməd peyğəmbər (s. a. v.) də uşaqlara Abdullah və Abdurrahman adlarının qoyulmağını tövsiyə edirdi. Abdullah ibn Ömərdən nəql olunan bir rəvayətə əsasən peyğəmbər belə demişdir:

“Allaha ən xoş gələn adlar Abdullah və Abdurrahmandır”. ((Müslim, Ədəb, 2 (2132); Əbu Davud, Ədəb, 69; Tirmizi, Ədəb, 64.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.