Sual: Biz üç qardaş, bir bacıyıq. Atam ölməmişdən qabaq mirasını bizə payladı. Amma bacıma haqqını vermədi. Belə olduqda bacıma qarşı bir haqsızlıq baş verdi. Biz də bunu bilirik. Belə olan halda, nə etməliyik?
Atanızın mirası 7 hissəyə bölünməli, 1 hissəsi bacınıza və 2 payı da sizə qalmalıydı. Siz belə etmədiyinizə görə sizin öz malınızın yeddidə biri bacınızındır. Həmin payı ona verməlisiniz.