Müsəlmanlar
Oğurluq işıq işlədənlərdən lazımi yerə şikayət etmək lazımdır?

Oğurluq işıq işlədənlərdən lazımi yerə şikayət etmək lazımdır?

Sual: Bizim bəzi qohumlarımız və qonşularımız oğurluq işıq işlədirlər. Biz bunu bildiyimiz halda, lazımi yerə şikayət etməsək, günah qazanarıq? Ümumiyyətlə, bilmək istəyirəm, İslam dini bu kimi məsələlərə necə baxır?

Cavab: Elektrik enerjisindən qeyri-qanuni istifadə etmək düzgün deyil. Çünki bu, haqq-hüququ tapdamaq deməkdir. Su, işıq, təbii qaz və sairə kimi ximətlərdən oğurluq istifadə etmək İslam dini baxımından qətiyyən düzgün deyil. Bu cür şeylər dində əsla caiz deyil; yolverilməzdir və ola da bilməz.

Əgər kimsə sizin sualınızda qeyd etdiyiniz kimi oğurluq işıq işlədirsə, bu o deməkdir ki, o oğurluq işıq işlətməyə başladığı andan etibarən kimsə onun işlətdiyi enerji miqdarına görə pul ödəyir, daha doğrusu, ödəməli olur. Sizcə bu nədir? Digər insanların hüququnu tapdamaq deyilmi? Şübhəsiz ki, bu açıq-aydın bəndə haqqıdır. Bu cür insanlara xəbərdarlıq etmək lazımdır. Əgər sizə qulaq asmayıb davam etsələr, onlardan lazımi yerə (əlaqədar dövlət orqanı, müvafiq təşkilat və sairə) şikayət etmək sizin həm bir vətəndaş kimi, həm də bir müsəlman olaraq borcunuzdur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.