Sual: Kənzul-Ərş və Qədəh duaları haqqında məlumat almaq istəyirəm. Bu duaları oxumaq dini cəhətdən düzgündür?
Kənzul-Ərş və Qədəh duası nə peyğəmbərin (s. a. v.) dövründə, nə də əshabələrin vaxtında olub. Bu kimi şeylər çox-çox sonradan meydana gələn və müxtəlif rəqəm və vəədlərlə şişirdilmiş şeylərdir. Belə şeylərin əvəzinə ayə və hədislərdə məsləhət görülən duaları mənaları ilə birlikdə öyrənmək və bunlarla Allaha dua etmək lazımdır.
Qurani-Kərimdən götürülən və nümunə kimi qəbul edilən dualarla tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
http://www.muselmanlar.com/xususi-kateqoriyalar/ramazan/883.html
Peyğəmbərimizdən nəql olunan dualarla əlaqədar geniş məlumat üçün İmam Nəvəvinin Əl-Əzkar adlı əsərinə baxmaq mümkündür.