Müsəlmanlar
Qeyri-müsəlman ölkələrdə məhkəməyə müraciət etmək kafirlikdir?

Qeyri-müsəlman ölkələrdə məhkəməyə müraciət etmək kafirlikdir?

Sual: Mən sizə Avropadan yazıram. Mənim sualım bir çox müsəlmanın soruşub cavab ala bilmədiyi suallardan biridir: Müsəlmanlar xaricdə yaşadıqları vaxt müsəlman olmayanlarla aralarında yaranan problemləri necə həll etməlidirlər? Nisa surəsinin 60-cı ayəsində deyilir ki, kim tağutun məhkəməsinə getsə, kafir olur. Bunu necə başa düşmək lazımdır?

Cavab: Sizin qeyd etdiyiniz ayələr aşağıdakı kimidir:

60. Bunları görmürsənmi, həm sənə endirilənə, həm də səndən əvvəl nazil edilənə inandıqlarını güman edirlər, həm də o tağutun qarşısında mühakimə olunmaq istəyirlər. Halbuki, bunlara əmr edilib ki, onları tanımasınlar. Həmin şeytan da bunları dərin bir zəlalətə salmaq istəyir.

61. Onlara: “Allahın nazil etdiyinə və bu Elçisinə tərəf gəlin!”– deyildiyi vaxt o münafiqlərin səndən tamamilə uzaqlaşdıqlarını görürsən.

62. Öz əlləri ilə törətdikləri əməllərə görə onların başına bir iş gəldikdən sonra halları necə olacaq? O vaxt sənin yanına gəlib Allaha and içərək deyəcəklər: “Biz ancaq yaxşılıq etmək və aranız düzəltmək istədik”.

63. Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Onlara qarşı ehtiyatlı ol. Onlara öyüd-nəsihət ver. Onlara təsirli sözlər söylə.

64. Biz hansı elçini göndərdiksə, bizim məlumatımız çərçivəsində ona itaət edilsin deyə göndərdik. Əgər onlar özlərini pis vəziyyətə saldıqları vaxt sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və sən də onların bağışlanmağı üçün dua etsəydin, o vaxt əlbəttə ki, Allahın tövbələri qəbul edən və nə qədər Rəhmli olduğunu görərdilər.

65. Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən anlaşmazlıqlarda səni hakim təyin etməyincə, sonra da verdiyin qərara görə özlərində bir narahatlıq hiss etmədən  tamamilə təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa, 4/60-65.)

Əgər bu ayələr ətrafında yaxşı-yaxşı düşünsəniz, görərsiniz ki, bunların sizin vəziyyətinizdə olan bir kimsə ilə əlaqəsi yoxdur. Olduğunuz yerdə haqqınızı tələb etməyin yeganə yolu o yerin məhkəməsinə müraciət etməkdir. Ona görə də siz də belə edə bilərsiniz.

QEYD: Tağut məsələsi ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə tıqqıldadın:

http://www.muselmanlar.com/fitvalar/475.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.