Müsəlmanlar
Avropa ölkələrinin vətəndaşlığını qəbul etmək kafirlikdir?

Avropa ölkələrinin vətəndaşlığını qəbul etmək kafirlikdir?

Sual: Avropada yaşadığımız ölkənin vətəndaşlığına qəbul olunmağımız üçün bizdən tələb edilir ki, o ölkənin qanunlarına, kraliça və yaxud dövlətinə sadiq qalacağımıza dair həm şifahi, həm də yazılı olaraq and içək. Əgər and kağızına qol çəkməsək, vətəndaş ola bilmirik. Amma bizə orada öz ölkəmizin pasportu ilə qala bilməyimiz üçün yaşayış icazəsi verirlər. Burada söz-söhbət gəzir ki, belə bir and içən kafirdir. Əgər and içsəniz, kafir olacaqsınız. Bu məsələni dini cəhətdən necə izah etmək olar?

Cavab: Allah Qurani-Kərimdə belə buyurur:

“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə Allahdan bir şey gözləməsin. Amma onlardan qorunmaq üçün etməyiniz istisnadır. Allah sizə Özündən çəkinməyiniz üçün xəbərdarlıq edir. Dönüşünüz də ancaq Allahadır”. (Ali-İmran, 3/28)

Siz möminlərin vəlayətini bir kənara qoyub kafirlərin vəlayətinə keçmirsiniz. Əlavə olaraq, sizin bu cür hərəkət etməyiniz özünüz üçün bir mühafizə yaradır.

Allah kafirlərin vəlayətini qəbul etmək məsələsini belə izah edir:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər.

Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Həmin ölkələr sizin dininizə qarışmazlar. O ölkələrdə qüvvədə olan hüquq sistemi hamının öz dini etiqadını yaşamağına şərait yaradır. Onlar ayələrdə bildirilən digər qadağaları da pozmayıblar. Başqa sözlə, yuxarıda qeyd etdiyiniz bütün iddialar yersizdir.

Əgər yaşadığınız ölkələr sizin dininizi ələ salıb lağa qoyursa, onların vətəndaşlığına keçə bilməzsiniz. Alah bu barədə belə deyir:

“Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyuncaq hesab edənləri və digər kafirləri özünüzə dost tutmayın. Əgər inanırsınızsa, Allahdan qorxun”. (Maidə, 5/57)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.