Müsəlmanlar

Ailələrin narazılığına baxmayaraq rəsmi kəbinlə evlənmək olar?

Sual: Mənim böyük qardaşım kənddə bir qızı sevirdi. Onunla evlənməyinə nə öz ailəmiz icazə verdi, nə də qızın ailəsi. İşi belə görən qardaşım qızı qaçırtdı. Rsəmi nikahla evləndilər. Hal-hazırda həmin qız qardaşımın qanuni arvadıdır. Amma deyilənə görə ailələr icazə vermədiyi üçün molla kəbini kəsdirmək olmaz. Onların vəziyyətini dini baxımdan necə qiymətləndirmək lazımdır?

Cavab: Əgər rəsmi kəbin kəsilibsə, həmin kəbin dini cəhətdən də qüvvədədir. Bu məsələyə dair belə bir hədis var:

“Vəli və iki etibarlı şahid olmadan nikah olmaz. Bu cür kəsilməyən nikah batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, sultan (səlahiyyətli orqan) vəlisi olmayanın vəlisidir”. ((Əbu Davud, Nikah, 20 (2083); Tirmizi, Nikah, 14 (1102); İbn Macə, Nikah, 15 (1879); Əhməd ibn Hənbəl, Müsnəd, 6/66.))

İndi gedib molla kəbini kəsdirsinlər. Çünki rəsmi kəbində başda mehrin müəyyənləşdirilməsi olmaqla bir neçə çatışmazlıq var. Həmin şeyləri molla kəbini ilə tamamlasınlar. Kəbində əsas məsələ nəzarətdir. Bu da öz növbəsində kəbinin hüquqi cəhətdən kontrol edilməsi ilə təmin olunub.  Başqa sözlə, heç bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.