Müsəlmanlar
“Ən yaxşı müsəlman xanımı ilə yaxşı dolanandır”. Bu hədis necə izah edilir?

“Ən yaxşı müsəlman xanımı ilə yaxşı dolanandır”. Bu hədis necə izah edilir?

Sual: Nəsainin kitabında qeyd edilən bir hədisdə belə deyilir: “Ən yaxşı müsəlman öz xanımı ilə yaxşı rəftar edən müsəlmandır. Sizin aranızda öz xanımı ilə ən yaxşı rəftar edən mənəm”. Peyğəmbərimiz (s. a. v. ) bu hədisdə xanımı ilə ən yaxşı rəftar edənin özü olduğunu demək istəyib, yoxsa ümumiləşdirmə aparıb? Hədisi necə izah etmək olar?

Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) bütün məsələlərdə bizim üçün ən yaxşı nümunədir. Allah Təala bu barədə belə buyurur:

“And olsun ki, Rəsulullah sizin üçün, Allaha və Axirət gününə qovuşmağa ümid edənlər və Allahı çox zikr edənlər üçün gözəl bir nümunədir”. (Əhzab, 33/21)

Haqqında danışdığınız hədisi yuxarıdakı ayə ilə birlikdə mütaliə etdiyimiz vaxt məlum olur ki, bizim üçün qadınlarla yaxşı rəftar etmək məsələsində də ən yaxşı nümunə peyğəmbərimizdir. Beləliklə, peyğəmbərimiz bu hədislə bütün müsəlmanlar haqqında bir ümumiləşdirmə aparmış, ancaq: “Qadınlarla necə yaxşı rəftar edəcəyinizi də məndən öyrənin”, – demişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.