Sual: Bəzən namazda yel çıxartmamaq üçün özümü sıxıb saxlayıram. Əslində isə bundan arxayın olmuram. Lakin özümü çox sıxdığıma görə hiss edirəm ki, bir tərpəniş baş verib. Dəstəmazımın batil olub olmamağı ilə əlaqədar şübhələnirəm. Bu məsələdə necə arxayın olmaq olar?
Cavab: Əgər yel çıxartmadığınızı dəqiq bilirsinizsə, qətiyyətlə namaz qılmağa davam etməlisiniz. Çünki fiqh elmində “Şəkk ilə yəqin aradan getməz” (Məcəllə, maddə 4) deyilən bir prinsip var. Yəni, həqiqətlər şübhə nəticəsində aradan qalxmaz. Bu məsələdə güzəştə getməməli, namaz qılmağa davam etməlisiniz. Əks təqdirdə get-gedə vəsvəsəyə düşər, öz həyatınızı özünüzə zindan edərsiniz. Vəsvəsə şeytandır. Bu məsələdə onun əlinə bəhanə verməyin.