Müsəlmanlar
Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür?

Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür?

Sual: Bizim icmada (təriqət) rabitə məsələsi qısa formada belədir: Bizim kimi insanların Allahın nur və feyzinə çatmağı qeyri-mümkün olduğuna görə biz bu nuru öz şeyximizi düşünməklə ondan alırıq. Buna Musa peyğəmbərin Allahın üzünü görmək istədiyi halda, görə bilməməsi və Allahın nurunun onu bihuş etməsi əhvalatı misal kimi göstərilir. Bizə deyilir ki, bir insan gedib özbaşına elektrik qovşağından evinə bir xətt çəksə, həmin cərəyan onu vurar. Çünki bu halda voltaj yüksək olur. Ona görə də araya sığorta cihazı qoymaq lazımdır. Həmin sığorta isə vəli olan şəxslərdir. Bu sözdən də belə çıxır ki, o sığorta səadət silsiləsindən olan şeyximizdir. Biz bu məsələdə səhvə yol veririk, yoxsa düz iş görürük?

Cavab: Allah bizə şah damarımızdan da yaxındır. Şah damarımızla aramıza girən hər bir şey isə bizi öldürür. Araya qoyduğunuz vasitəçi də sizin Allah ilə əlaqənizi kəsir, yəni, inancınızı öldürür. Allahın nuru borudan axıb gələn bir şey deyil.

Musa peyğəmbər Allahın camalına baxmamışdı. Belə ki, Allah dağa görünəndə dağ alt-üst olub parçalanmış, Musa peyğəmbər də bu hadisədən öz huşunu itirmişdi.

Allah Təala (əstağfirullah, tövbələr olsun!) yüksək cərəyan (tok) xətti deyil; özünə yaxınlaşanı vurmaz! Heç kəs də necə deyərlər, Allaha qarşı sığorta funksiyasını yerinə yetirə bilməz. Belə şeylər Allaha qarşı atılan iftiralardır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.