Müsəlmanlar
Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir?

Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir?

Sual: Məlum olduğu kimi, zikrli ilahi deyilən və qəribə səslərlə bəzənmiş bir musiqi forması var. Biz belə bir zikrdən çox da xəbərdar deyilik. Bununla məşğul olan dost-tanışımıza həqiqəti çatdırmaq baxımından bizə nələri məsləhət görərdiniz?

Cavab: Biz müsəlmanlar olaraq yeganə bir həqiqət ətrafında birləşə bilməyimiz üçün hər şeydən əvvəl Allahın kitabı olan Qurani-Kərimə möhkəmcə bağlanmalıyıq. İndiki dövrdə müsəlmanların çəkdikləri çətinliklər Quranı həyatdan “xaric etmək”dən irəli gəlir. Quranın əhəmiyyətini başda müsəlmanlar olmaqla bütün dünyaya çatdırmaq da öz növbəsində hamımızın borcudur.

Dəstə (qrup) halında zikr seansları, rabitə, şeyxdən və ölülərdən kömək diləmək (istianə) kimi məsələlər dinimizə sonradan daxil olan xurafat və mövhumatlardan ibarətdir. Biz bu cür xətalar edənlərə hər şeydən əvvəl Quranın vacibliyini (əhəmiyyət) və Qurana əsaslanan bir elmin nə kimi müsbət nəticələrə gətirib çıxaracağını münasib bir dillə başa salmalıyıq. Bundan sonra təsəvvüf və təriqət kimi şeylərin dinimiz baxımından mövqeyi və yeri ilə əlaqədar geniş izahlar və etibarlı dəlillərə əsaslanan məlumatlar verilməlidir.

Bizim öz bildiklərimizi münasib bir dillə başa salmaq və təbliğ etməkdən başqa edə biləcəyimiz bir şey yoxdur. Allah Təala elçi kimi göndərdiyi peyğəmbərə də bu öhdəliyi vermişdir.

Biz bu kimi səhvlərlə əlaqədar yekunlaşdırdığımız tədqiqatları bir kitab halında nəşr etdik (Kur’an Işığında Tarikatçılığa Bakış, Kur’an Işığında Aracılık Ve Şirk. İki ayrı kitab.). Daha da gözəl tədqiqatlar aparmaq və xidmətlər üçün müsəlman qardaşlarımızdan da kömək istəyirik. Siz də bu xidmətlərin davam etdirilməsi üçün bir iş görə bilər, necə deyərlər, nəsə edə bilərsiniz.

Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.