Sual: Atam dünyasını dəyişdi. Ondan qalan mirası anam, mən (qız) və qardaşım öz aramızda bölüşəcəyik. İslam dininə əsasən bu bölgü necə aparılmalıdır?
Nisa surəsinin 12-ci ayəsinə əsasən ananız mirasın səkkizdə birini almalıdır:
“Əgər sizin övladınız yoxdursa, vəsiyyəti çıxdıqdan və ya borcu yerinə yetirdikdən sonra qoyub getdiklərinizin (mal-mülk, miras) dörddə bir hissəsi arvadlarınızındır. Uşağınız varsa, onda qoyub getdiklərinizin səkkizdə bir hissəsi onlara çatır (arvadlara)” (Nisa, 4/12).
Eyni surənin 11-ci ayəsinə əsasən siz qardaşının yarısı qədər miras payı alacaqsınız:
“Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: oğlana iki qızın payı qədər miras payı düşür” (Nisa, 4/11).
Buna əsasən miras 24 hissəyə bölünür. 3 pay ananıza, 7 pay sizə, 14 hissə də qardaşınıza düşür.