Sual: Bizə salam verən bir nəfərə “əleyna və əleyküm” demək, yəni, “əleyna” kəlməsini əlavə etmək dini cəhətdən düzgündür? Son vaxtlarda salama bu cür cavab vermək xeyli yayılıb. Buna görə də mən düzgün olan variantı öyrənmək istəyiəm.
Cavab: Salam aldıqda “əleyna” sözünü əlavə etməyə ehtiyac yoxdur. Peyğəmbərimizdən (s. a. v.) və əshabələrindən belə bir şey nəql olunmayıb. Aşağıdakı keçiddən də məlum olduğu kimi, salamlaşmaq forması məhz Allahın nəzarəti ilə və mələklərin vasitəsilə Adəm peyğəmbərə öyrədilib. Başqa sözlə desək, hər hansı bir dini dəlil olmadan bu kimi şeylər düzgün hesab olunmur.