Sual: Mən işimlə əlaqədar olaraq başqa bir yerə getdim. Bir həftə bəzi namazlarımı səhv tərəfə doğru qılmışam. Qıldığım o namazlar nə olacaq?
Cavab: “Qibləni bilməyən və yanında soruşmağa adam olmayan bir şəxs araşdırma aparmalıdır. Bəzi işarələrə, günəş və ulduzlara baxaraq qibləni axtarmalı və namazını qənaətə gəldiyi istiqamətə tərəf qılmalıdır. Namazını qılıb qurtardıqdan sonra qibləni müəyyənləşdirməkdə səhvə yol verdiyini başa düşsə, artıq o namazı yenidən qılmağına ehtiyac yoxdur. Lakin qiblənin hansı istiqamətdə olduğunu namazda ola-ola başa düşsə, üzünü o tərəfə çevirib namazını tamamlamalıdır. O namazı təzədən qılmağına ehtiyac yoxdur. Qiblənin hansı istiqamətdə olduğuna dair şübhə istər şəhərdə, istərsə çöllükdə olduğu vaxtda, istərsə də qaranlıq gecədə və gündüz vaxtı yaransın, vəziyyət eynidir. Belə bir şəxs qapıları döyüb qiblənin hansı tərəfdə olduğunu başqalarından soruşmalı deyil”. (MƏNBƏ: Ömər Nəsuhi Bilmən, Büyük İslam İlmihali, Bilmən nəşriyyatı, İstanbul, 1986, s. 101)
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.