Sual: İsrail bir ildən çoxdu ki Gazzədə qətliam törədir. On minlərlə insanı öldürdülər, hər yeri yaxıb-yıxdılar. İndi də Lübnana hücum edirlər. Biz müsəlmanlar olaraq da heç bir şey edə bilmirik. Mən başa düşə bilmirəm, bəs Allah bu zülmə niyə müdaxilə etmir, niyə İsrailin bəlasını vermir?
Cavab: Bu dünya imtahan dünyasıdır. Səhv edən də, doğru iş görən də olacaq. Vaxtilə Firon, İsrailin oğlan uşaqlarını kəsirdi, qız uşaqlarını isə sağ buraxırdı və böyük zülm işləyirdi. Bu dünyada hər kəs öz imkanları ölçüsündə istədiyini edər. Etdikləriylə ya cənnətə ya da cəhənnəmə gedər.
Qurani-Kərimdə, yəhudilərin yer üzündə iki dəfə böyük fitnə çıxaracaqları belə bildirilir:
“Birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi. Sonra sizə təkrar qələbə qazandıracayıq, var-dövlət və övladlarınız artıracayıq və hərbi yöndən daha güçlü edəcəyik. (İsra 17/4-6)
Ayədən gördüyümüz kimi, ilk fitnədən sonra Allah onları təkrar bir araya gətirir, var-dövlət və hərbi cəhətdən çox güçlü edir. Sıradakı ayədə:
“Əgər yaxşı davranarsanız, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də özünüzə pislik etmiş olarsınız. (Birincisi olmuş bitmiş) İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (təkrar güçlü bəndələrimizi üstünüzə göndərəcəyik). (İsra 17/7).
Görüldüyü kimi, İsrail oğullarına bu güc verildikdən sonra onlar pislik etməyi seçmişlər və bu, onların yaxında sonunu gətirəcəkdir. Onların törətdiyi qətliamlar nə dünyada nə də axirətdə qarşılıqsız qalmayacaqdır. Uca Allah onların etdiklərini görəndir və haqqıyla cəza verəndir.[1]
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/3356.html
https://www.muselmanlar.com/elanlar-xeberler/13088.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Ali İmran 3/4, 54; Hucurat 49/18.