Sual: İslam dininə əsasən musiqi ifa etmək, ilahi oxumaq və musiqiyə qulaq asmaq düzgündür?
Cavab: Qurani-Kərimdə musiqi ilə məşğul olmağı və musiqiyə qulaq asmağı qadağan edən bir ayə yoxdur. Lakin qadağan edirmiş kimi görünən hədislər mövcuddur. Bu hədislərin əsas mövzusunu içərisində bir çox haram işin görüldüyü əyləncələr (ləhv) təşkil edir.
Musiqiyə qulaq asmaq məsələsində əsas meyar qulaq asılan şeyin məzmunudur. Əgər qulaq asılan musiqidə Allaha üsyan, zina, şirk və sairə kimi günahlara təşviq, yəni, günahlara həvəsləndirmə varsa, o musiqiyə qulaq asmaq caiz hesab olunmur; başqa sözlə, dini cəhətdən düzgün deyil.
Musiqini dini musiqi və dini olmayan musiqi kimi ayırmaq düzgün deyil. Əsas sözlərdir, məzmundur. Bəzi ilahilərdə (dini nəğmə) Allah tərəfindən qəti surətdə qadağan edilən və ən böyük günah hesab olunan şirk günahına həvəsləndirmə motivləri olur. Misal üçün, peyğəmbərimiz haqqında oxunan bir ilahidə deyilən “Gəl şəfaət et kəmtər (naqis) quluna”, “Məhşərdə nəbilər (peyğəmbərlər) belə, səndən mədəd umar” kimi sözlər bu qəbildəndir. Bunlar özü də bir bəşər (insan) olan peyğəmbər haqqında deyiləsi sözlər deyil. İçərisində bu kimi və oxşar sözlər olan dini mahnılar yazmaq, oxumaq və qulaq asmaq caiz deyil.
Oxşar sual cavab üçün aşağıdakı linkə baxın:
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.