Cavab: İslamda bir kişinin fərci (cinsi orqanları) başqa kişiyə haram olduğu kimi bir qadının da fərci başqa bir qadına haramdır. Yəni, həmcinslərin bir-birinə cinsi orqanlarını göstərməsi və baxması haram edilmişdir. Bunu Qurani Kərimin Nur surəsi 30 və 31-ci ayələrində də görə bilərik. Ayə belədir:
“Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
Ayədə ifadə edilən “zinət” kəlməsi ilə qadının vücudu nəzərdə tutulmuşdur. Görünməsinə icazə verilən yerləri isə qadının üzü, biləkdən aşağı əlləri və topuqdan aşağı ayaqlarıdır.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/2860.html
https://www.muselmanlar.com/fitvalar/4622.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.