Müsəlmanlar

Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar?

Sual: Cinsi yaxınlıqdan sonra nə vaxt qüsl etmək lazımdır? Səhərlər çimmək çətin olur. Günorta namazından bir qədər əvvəl qüsl etsəm, düzgün olar?

Cavab: Cənabət (cünub) halda qaldığınız müddət ərzində hər hansı bir namazı keçirməmisinizsə, qüslü gecikdirməyin bir eybi yoxdur. İslam dininə əsasən hər hansı bir səbəbdən cənabət olan, yəni, qüsl etməli olan insan ən çox (uzaq başı) bir namaz vaxtı qədər cünub (cənabət halda) qala bilər. Bundan çox gözləmək, başqa sözlə desək, qüsl almağı gecikdirmək düzgün deyil; dini cəhətdən caiz hesab olunmur.

Buna əsasən qüsl almalı olduğunuz halda yata bilərsiniz. Lakin sübh (səhər) namazını qılmaq fərz (vacib) olduğuna görə o vaxt oyanmalı və namaz qılmaq üçün qüsl etməlisiniz. Unutmayın ki, Allah qüslü namaz qılmaq üçün şərt qoyub. Yəni, bu vacibdir (Geniş məlumat üçün baxın: Quranın “Maidə” surəsi, 6-cı ayə).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.