Müsəlmanlar
İki arvadı olan kişinin mirası necə paylanır?

İki arvadı olan kişinin mirası necə paylanır?

Sual: Bir kişinin iki arvadı varsa, o öldüyü vaxt miras necə bölüşdürülür?

Uşağı olan bir kişinin birdən çox arvadı olsa, onlar mirasın səkkizdə birinə şərik olurlar. Əgər uşağı yoxdursa, dörddə birinə şərik olurlar. Arvadların iki, üç və yaxud dörd nəfər olması arasında bir fərq yoxdur.

Allah belə deyir:

“Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır” (Nisa, 4/12).