Sual: Halal olmayan bir formada qazanılan puldan övlada miras olar? Misal üçün, içki satmaqdan əldə olunan qazanc. Və insan bu pul ilə bir qohumunu, oğlunu, qızını və ya arvadını Həccə göndərə bilər? Və bu pulu qazanmadığı halda, yəni, qazanan atasının himayəsi altında olduğu insanların yeməyi düzgündür?
Cavab: Allahın haram etdiyi yolla pul qazanmaq insanı böyük günaha salır. Lakin bunun günahı bu pulu qazanan insanındır. Onun baxmalı olduğu kəslər üçün həmin pul-mal halaldır. O pulu yeyə bilərlər, Həccə gedə bilərlər. Ondan uşaqlara qalan miras da halaldır. Əgər içki satan, sələm və faiz kimi haram yollardan biri vasitəsilə pul qazanan şəxs tövbə etsə və bir də belə iş görməsə, əvvəldən qazandığı mal-mülkün də bir məsuliyyəti olmur. Allah bu barədə belə buyurur:
“Hər kim özünə Rəbbindən bir xəbərdarlıq çatsa və faizə xitam versə (sələmçiliyə son versə), olub-keçənlər onun olar. Onun işi Allaha aiddir” (Bəqərə, 2/275).
Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlatyın:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.