Sual: Kişi dünyasını dəyişdi. Arvadı və ikisi oğlan, biri qız olmaqla üç övladı qaldı. Onun qoyub getdiyi mirası necə bölüşdürmək lazımdır?
Cavab: Nisa surəsinin 12-ci ayəsinə əsasən ölən adamın arvadı mirasın 1/8-ini (səkkizdə bir) alır:
“Əgər sizin övladınız yoxdursa, vəsiyyəti çıxdıqdan və ya borcu yerinə yetirdikdən sonra qoyub getdiklərinizin (mal-mülk, miras) dörddə bir hissəsi arvadlarınızındır. Uşaqlarınız varsa, onda qoyub getdiklərinizin səkkizdə bir hissəsi onlara çatır (arvadlara)” (Nisa, 4/12).
Eyni surənin 11-ci ayəsinə əsasən qız uşağı qardaşının yarısı qədər miras payı alır:
“Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: oğlana iki qızın payı qədər miras payı düşür” (Nisa, 4/11).
Bu halda miras 40 yerə bölünür. 5 hissəsinin ölənin arvadı alır. 7 pay qız alır. Oğlan uşaqlarının hər biri isə 14 pay alırlar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.