Sual: İki qeyri-müsəlman ölkə vuruşursa, müsəlmanların buna münasibəti necə olmalıdır? Müsəlmanlar, məzlum kafiri qorumaq üçün, zalım kafirə qarşı vuruşa bilərmi?
Cavab: Bir müsəlman, hər zaman haqdan yana olmalıdır. Haqlı olan istər müsəlman olsun, istərsə kafir. O cümlədən müharibədə əgər bir tərəf zalımlıq edib digər tərəfin haqqını qəsb edirsə, müsəlmanlar, haqqı qəsb edilən tərəfin haqqını qaytarmaq üçün hər cür köməklik göstərməlidir. Qurani Kərimdə Rəbbimiz, Nisa surəsi 75-ci belə buyurmaqdadır:
“Sizə nə olub ki, Allah yolunda: “Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi və bizə Öz tərəfindən bir yardımçı göndər!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa 75).
Oxşar sual-cavab üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/11466.html
https://www.muselmanlar.com/fitvalar/6148.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.