Cavab: Təəssüflə qeyd edək ki, günümüzdəki məhkəmə prosesləri aylarla bəzi hallarda illərlə davam etməkdədir. Bir insanı, haqqını aramaq üçün məhkəməyə baş vurmasına peşman edirlər. Belə bir məhkəmə sistemi ola bilməz.
Məhkəmə davası açıldığı zaman dərhal həll edilməlidir. Hələ-hələ boşanma davası (qadın tərəfindən) açıldığı gün bitməlidir.
Keçmişdə Osmanlı məhkəməsinin bir illik davası İstanbul qazisinin cib qoltuğuna sığacaq qədər idi. İndiki məhkəmə bir insanın belə dosyasını çamadanda daşıyır.
Quranda bir kişi boşanmağa qərar verdiyi zaman, arvadının üç ay təmizlik halını (qadın belə bir halı yaşamırsa 3 ay) gözləyəcəkdir və ondan sonra boşanmış sayılır. Bu müddət ərzində əlbəttə ki, qadının tələbatını ödəyəcək və nəfəqəsini/alimentini verəcəkdir.
Qadın boşanmaq istədiyində isə, (3 ay gözləmədən) birbaşa məhkəməyə müraciət edər və məhkəmə də onun bu tələbini dərhal qəbul etməlidir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/2282.html
https://www.muselmanlar.com/fitvalar/152.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.