Müsəlmanlar

Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər?

Sual: Heyzli bir qadın qəbir üstünə gedib ziyarət edə bilər? Əgər bu mümkünsə, həmin qadın dəstəmaz almaq şərti ilə qəbrin başında Quran oxuya bilər? Orada dua edə bilər?

Cavab: Heyzli olmaq qəbir ziyarətinə maneə təşkil etmir. Belə bir qadın qəbirdə yatan şəxs üçün dua edə bilər. Qurani-Kərimdən dua ayələrini də oxuya bilərsiniz. Biz xüsusilə dua ayələrini deyirik: Bu, qəbirdə yatan şəxsə dua etməyiniz üçündür. Halbuki, Qurani-Kərim oxuyub savabını ölülərə bağışlamaq ilə əlaqədar nə bir ayə var, nə də bir hədis. Quranın savabı ancaq və ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aiddir. Amma ölən şəxs öz sağlığında başqa bir şəxsə Quran oxumağı öyrədibsə və yaxud onun öyrənməyinə səbəb olubsa, o öyrətdiyi insan hər Quran oxuyanda o şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir işə səbəbkarlıq etməyin savabıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.