Sual: Mən aylıq müntəzəm aybaşı (heyz, menstruasiya, adət) periodumu (tsikl) başa vurdum və 6 gündən sonra təzədən aybaşı olmağa başladım. Bu, 7 gün çəkdi. Bunun ardınca, yəni, 7-8 gündən sonra yenə aybaşı görməyə başladım. Beləcə, namaz qılıb qılmamaq məsələsində bir qərara gələ bilmədim. Mənim bu halım üzrlü hesab edilən hallardan biridir? Yəni, mən namaz qıla bilərəm? Mənə bu barədə məlumat versəniz, şad olaram.
Cavab: İki aybaşı ((Aybaşı qadınlarda cinsi yetkinliyin əlamətidir. Aybaşı zamanı uşaqlıq yolundan ifraz olunan ifrazat qandan və uşaqlığın selikli qişasından ibarətdir. Aybaşı əsasən 3-5 gün davam edir, 7 gün davam etsə də normal sayılır. Hər aybaşı zamanı qadın 30-60 ml qan itirir. Mənbə: http://www.4uth.az/index.php?option=com_content&task=view&id=59&lang=az 21.01.2010)) dövrü arasındakı təmizlik dövrünə tuhr (təharət, təmizlik) deyilir. Bunun müddəti 15 gündən az ola bilməz.
Aybaşı olmağa davam edən bir qadından bir xəstəliyə görə müntəzəm olaraq qan gəlirsə, onun aybaşı və təmizlik hallarındakı müəyyən günlərə əsasən hökm verilir.
Yəni, siz əvvəlki vaxtlarda müəyyən olan aybaşı günlərinizi əsas götürün. Digər günlərdə qan gəlsə, bu, üzr qanı olar, siz namaz qılmağa davam edə bilərsiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.