Müsəlmanlar

Bankların POS cihazlarından tutduğu komissiya haqqı

Sual: Bankların POS cihazlarından komissiya haqqı almağı dini cəhətdən düzgündür? Bizim mağazamızda satışların bir çoxu kredit kartı vasitəsilə həyata keçirilir. Banklar POS cihazları olan mağaza, kafe, restoran və sairə kimi yerlərdən komissiya haqqı adı altında ödəniş alırlar. Əgər bank obyektin (dükan, kafe və sairə) pulunu ertəsi gün verirsə, komissiya haqqı artır. Əgər vədə ilə verirsə (30-60-90 gün formasında) komissiya nisbəti aşağı düşür. Bu cür işləmək faizdir?

Cavab: Banklar müştərilərə verdikləri kredit kartları sayəsində üzv olan obyektlərə İmprinter ((İmprinter müştərinin plastik kartında (müştəri haqqında məlumatlar), eləcə də imprinterin klişesində (ticarət nöqtəsi haqqında məlumatlar), xüsusi ticarət çekində (slipdə) embosso edilmiş (basılmış) məlumatların şəklini əldə etməyə imkan verən mexaniki qurğudur. Şəkil alındıqdan sonra bu çek kassir tərəfindən doldurulur və müştəri tərəfindən imzalanır – Mənbə: http://www.unibank.az/?tid=52&vid=3 20.01.2010)) və POS cihazları ((POS-terminal (ingiliscə Point of Sale Terminal – ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa və bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır. Avtorizasiyanın nəticələri ekrandakı məlumatla və çekin bir neçə nüsxəsinin çap olunması ilə (nüsxənin biri müştəriyə verilir) rəsmiləşdirilir. Müstəqil işləyən bankomatdan fərqli olaraq POS-terminal kassir vasitəsilə xidmət göstərir – Mənbə: http://www.unibank.az/?tid=52&vid=3 20.01.2010)) qururlar və beləcə, həmin obyektlərin bu POS maşınlardan istifadəsini təmin edirlər.

Kredit kartından istifadə edildiyi üçün artıq vaxt sərf etmədən və zəhmət çəkmədən hesablar nizamlı bir formada saxlanılır; ödənişin istər müştəri, istərsə də bankdan təhvil alınması vaxtı əməliyyatlar elektronik şəraitdə icra edilir və bütün bunlar daha sürətli və etibarlı bir formada həyata keçirilir. Bank həm borcluya kəfil olur, həm də iş obyektinin görməli olduğu işi görərək – təhvil alınmalı olan ödənişi təhvil alır. Bu kimi xidmətlərin müqabilində bankın aldığı pul faiz deyil, xidmətin əvəzidir. Ki, bu da caizdir. Bu ödənişi kredit kartının sahibi ödəməli olduğu halda, əksər hallarda satıcı ödəyir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.