Sual: Qadın və kişi bir-birinin cinsiyyət üzvünü görə bilər? Bu məsələdə dini cəhətdən bir eyib var?
Cavab: Ər-arvad hər biri digərinin cinsiyyət üzvünü görə də bilər, toxuna da bilər. Quranda bu haqda belə buyurulmaqdadır:
“Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)” (Bəqərə, 2/223).
Hədislərin birində, Bəhz ibn Həkim (r. a.) babasından belə rəvayət edib:
“Mən: “Ey Allahın rəsulu! Örtülməli olan yerlərimizi kimə qarşı örtək?”, – deyə, soruşdum. Peyğəmbər cavab olaraq: “Öz xanımından və ya cariyəndən (kəniz) başqa hamıya qarşı örtülməli olan yerlərini ört”, – dedi. İnsanlar bir yerə cəm olmuşdular. Mən soruşdum ki, övrət ilə əlaqədar hökm nədir? Peyğəmbər dedi: “Gücün çatdığı qədər övrət yerlərini heç kəsə göstərməməyə çalış!”. Sonra mən soruşdum ki, bəs, insan özü tək qaldıqda necə? Peyğəmbər buyurdu ki, həya edilib utanılmağa ən çox layiq olan varlıq Allahdır” (Tirmizi, Ədəb, 39; İbn Macə, Nikah, 27).
Bu hədisdən məlum olduğu kimi, ər-arvadın cinsiyyət üzvlərini bir-birlərindən qorumaqlarına ehtiyac yoxdur. Yəni, onlar bir-birinin cinsiyyət üzvünü görə bilərlər.
Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.