Müsəlmanlar

Bir insan həyatda olduğu halda mirasını paylaya bilərmi?

Cavab: Bir insanın həyatda olduğu halda miras paylamasından söhbət gedə bilməz. Çünki, bir şeyin miras olması üçün miras sahbinin ölməsi lazımdı. Əgər ölmədən əvvəl uşaqlarının da istəyi ilə ata və ya ana öz malını paylaşmışsa; buna miras yox, hədiyyə deyilir.

Bir insan, ölmədən qabaq göstərib desə ki; “mənim mirasımı bu şəkildə paylayın” yenə də onun bu sözünün heç bir qüvvəsi olmaz. Çünki, bir insan öldükdən sonra onun mirasının necə paylanması lazım olduğunu Qurani Kərim açıq şəkildə göstərmişdir. Miras da o göstərildiyi qaydada paylanmalıdır. Əgər miras sahiblərindən biri öz haqqını digər mirasçıya halal edərsə, o başqa.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Mirasla əlaqəli digər sual-cavablara baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/?s=miras

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.