Sual: Masturbasiyanın haram yox, məkruh olduğunu qeyd etmisiniz. Bu məsələdə evli və subay insanlar arasında bir fərq var? Yəni, necə deyim, “masturbasiya subaylar üçün məkruhdur, evlilərə isə haramdır”demək olar? Çünki mən hara baxdımsa, belə bir şeyə rast gəldim: Masturbasiya ilə əlaqədar yazılan yazılar ancaq subayların bu yola getdiyinə dair bir düşüncə ilə yazılıb. Bu barədə nə deyərdiniz?
Cavab: Masturbasiya ilə məşğul olmağın məkruh olduğunu deyən alimlər evli və subay arasında fərq qoymurlar. Amma bu ifadələr ümumiyyətlə subaylar haqqında izah edilib.