Müsəlmanlar

Masturbasiya məkruhdur, yoxsa haram?

Sual: Siz deyirsiniz ki, masturbasiya ilə məşğul olmaq məkruhdur. Halbuki, mən Əbu Hüreyrədən rəvayət olunan bir hədisdə belə bir şey oxumuşam: “Allah Təala Qiyamət günü 7 zümrənin üzünə baxmayacaq. Bunlardan biri də əl vasitəsilə cinsi doyuma çatanlardır”. Belə olan halda, masturbasiya məkruhdur, yoxsa haram? Məlumat versəniz, şad olaram.

Cavab: Sizin qeyd etdiyiniz söz Deyləmi-nin Əl-Firdovs bi Məsuril-Xitab ((2-ci cild, s. 332, Beyrut, 1986.)) və Əcluni-nin Kəşful-Xəfa ((1-ci cild, hədis nömrəsi 1462, Beyrut, 1988.)) adlı kitablarında mövcuddur.

Əbul-Fərəc İbnul-Cövzi (1116-1201) bu söz barədə belə demişdir:

“Peyğəmbərimizə aid edilən bu söz səhih (mötəbər, düzgün) deyil. Əlavə olaraq, rəvayət silsiləsindəki Həssan və Məsləmə adlı şəxslər məchuldur, yəni, onlar tanınmırlar”. ((Baxın: İbnul-Cövzi, Əl-İləlul-Mütənahiyə, 2-ci cild, s. 114, hədis nömrəsi 1046, Pakistan, 1981.))

Masturbasiya ilə məşğul olmaq barədə qəti bir dəlil olmadığına görə bu, haram deyil, məkruhdur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.