Cavab: Tək bir qızı (və valideynlərindən hər hansı biri həyatda) olana mirasın yarısı düşəcəyini bildirən ayə belədir:
“Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər ikidən artıq sayda qız isə, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qızı varsa, (mirasın) yarısı ona çatır…” (Nİsə, 11)
Ənənə dini mənsubları, Nisə surəsi 11-ci ayəsini əsas alaraq, heç kimi olmayan qız uşağına da mirasın yarısı düşəcəyi hökmünü çıxarmışlar. Halbuki, bu ayədə mirasdan pay alacaq başqa şəxs (valideynlərdən biri) olduğu üçün qız uşağına mirasdan yarım pay verilir. Yox əgər qızın başqa miras alacaq şərikləri; atası ya da anasından biri, qardaşı və ya bacısı yox isə, onda Nisə surəsinin son ayəsi olan 176-cı ayəsindən görürük ki,[1] valideyni ölən və ortada tək qızı qalan birisi mirasın hamısını almış olur. Çünki, son ayədə bir valideynin oğlu ya da qızı olmayacaq ki, qardaş və bacı yerdə qalan mirasa sahib olsunlar. Bilavasitə, bu ayə, uşağı və valideyni olmayan birinin mirasının “Kəlalə”[2] yoluyla necə paylanacağından və o cümlədən uşağı ya da valideynlərindən birisi həyatda olarsa, qardaş və bacının mirasda haqları olmadığını göstərməkdədir.
Mirasla əlaqəli digər bütün sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] “Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki bacıdırsa, (ölən qardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür. Allah bunu sizə bəyan edir ki, (doğru) yoldan çıxmayasınız. Allah hər şeyi bilir.” (Nisə, 176)
[2] Kəlalə, övladları ilə yanaşı anası və ya atası yaxud bunlardan heç biri olmadan ölən insan deməkdir. Belə bir halda onun mirası, qardaş və bacılarına və ya onların uşaqlarına qalır.