Müsəlmanlar
Bizim ölü qohumlarımızın ruhları yanımıza gələ bilər?

Bizim ölü qohumlarımızın ruhları yanımıza gələ bilər?

Sual: Deyilənə görə ölülərimizin (ata, ana, oğul-uşaq və sairə) ruhları həftənin Cümə günü bizim olduğumuz yerə gəlir və bizi görür. Bu məsələyə bir aydınlıq gətirə bilərsiniz?

Cavab: İnsan ruh və bədənin vəhdətindən ibarətdir. Ruh bədəndən ev kimi istifadə edir. İnsan yuxuda olanda ruh bədəni tərk edir. Oyandıqda isə geri qayıdır. Ölən bədən uçan ev kimidir. Ölü bədən təzədən yaradılana qədər ruh ona qayıtmır. Bunu Quran ayəsi də izah edir:

“Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən də, bunda düşünən bir cəmiyyət üçün dəlillər vardır” (Zumər, 39/42).

Yatan və ölən bədəndir. Ruh nə ölür, nə də yatır. Quran bizə ölmüş bədəndən çıxan ruhun deyəcəyi sözləri bildirir:

“Onlardan birinə ölüm gəldikdə belə deyir: “Rəbbim, məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm”. Xeyr, bu onun dediyi bir sözdür! Onların arxalarında təzədən diriləcəkləri günə qədər bərzəx (maneə) var!” (Muminun, 23/99-100).

Yuxarıdakı ayələrdə ölən insanların ruhlarının təkrarən dünyaya qayıtması və insanların olduğu bir şəraitə daxil olmağı ilə əlaqədar bir ifadə yoxdur. Allah vəfat etdirdiyi (canlarını aldığı) şəxslərin ruhlarını öz qatında saxladığını və dünyaya qayıda bilməməkləri üçün arxalarına bir bərzəx (maneə) qoyduğunu açıq formada bildirib.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.