Müsəlmanlar

Arxasında namaza durduğumuz imamı araşdırmaq lazımdırmı?

Sual: Bəzi insanlar, məscid imamlarını tənqid edərək, arxasında namaz qılmırlar. Biz, imamları sorğu-suala tutub, onların müsəlman olub-olmadıqlarını araşdırmaq məcburiyyətindəyik?

Cavab: Biz, məscidə Allah çağırdığı üçün və camaatla birlikdə olmaq üçün namaza gedirik.

Bir imamın müsəlman olmasından ya da münafiq olmasından mənə nə? Əgər siz, bir imamın müşrik, kafir olduğundan əmin isəniz və bu barədə heç bir şübhəniz yoxdursa, gedib başqa məsciddə namaz qılmağınız daha yaxşı olar. Yox əgər başqa məscidə getmək imkanınız da yox isə o zaman məcbur həmin məsciddə namazınızı qılacaqsız.

İmam, istəyir kafir olsun, istəyir mömin olsun, oxuduğu fərqli şeylər deyil, eyni fatihəni və eyni duaları təkrar edir.

Mən, əzan oxundumu məscidə gedərəm və namazımı qılaram. Çünki, hər kəs öz namazını qılır və heç kimin namazı imamın ya da başqa birinin namazına bağlı deyil. Allah, müsəlman olanın namazını qəbul edər, münafiq olanın namazını isə rədd edər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

Münafiqin və ya zalımın arxasında namaz qılmaq olar?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.